18 C
Baku
13 Sentyabr 2025, 0:17
DigərTexnologiya

Aİ flüorlu qazlardan istifadəni azaltmaq istəyir

Avropa İttifaqına üzv dövlətlər flüorlu istixana qazları və ozon təbəqəsini zədələyən maddələri azaltmaq istəyir.

Bugun.tv xəbər verir ki, hidrofluorokarbonlar üçün kvota sistemi sərtləşdiriləcək və uzadılacaq. Tərkibində flüorlaşdırılmış istixana qazları olan məhsullara yeni qadağalar  qoyulacaq. Məhdudiyyətlərin icrası gücləndiriləcək və qayda pozuntularına görə cəzalar artırılacaq.

Flüorlu qazların qlobal istiləşməyə təsirinin karbondan minlərlə dəfə çox olduğu düşünülür.

Sözügedən razılaşma Aİ və üzv dövlətlər arasında müzakirə olunacaq.

Qeyd edək ki, flüorlu qazlardan soyuducular, kondisionerlər, istilik nasosları və müxtəlif məhsullarda istifadə olunur.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Sumqayıtda avtomobildən 1800 manat oğurlandı

Könül Kərimova

“8 Noyabr” Elektrik Stansiyasının açılışı oldu

Aynur Camal

294-cü Google təşəbbüsü Google Podcasts ilə tarixə çevriləcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu