8 C
Baku
12 Dekabr 2024, 11:51
Baş xəbərDünya

Aİ İsrailin “persona non-qrata” elan etdiyi BMT-nin baş katibi Quterreşi dəstəklədi

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin “persona non-qrata” elan etdiyi və ölkəyə girişini qadağan etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi dəstəklədiklərini açıqlayıb. Borrell X hesabında etdiyi paylaşımda, “Ona qarşı edilən haqsız hücumları və BMT-nin humanitar yardım işçilərinin qəbuledilməz sayda itkisini təəssüflə pisləyirik” deyib.

AB-nin Quterreşi dəstəklədiyini bildirən Borrell, “BMT-nin baş katibi Antonio Quterreşi bütün münaqişələrdə, xüsusilə də Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində yorulmaz səylərini dəstəkləyirik” deyə mesajında paylaşıb.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel də sosial şəbəkədəki paylaşımında “Biz BMT-nin səylərini tam dəstəkləyirik və Baş Katib Antonio Quterreşin yanındayıq” deyib.

İsrail administrasiyası Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasını tələb edən BMT-nin baş katibi Quterreşin “persona non qrata” elan edildiyini və ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Dünən verdiyi açıqlamada BMT baş katibinin atılan raketlərlə bağlı İranın adını çəkmədiyi və Tehranın hücumunu “birbaşa qınamadığı” iddia edilib.

Quterreş, İranın raket hücumundan sonra verdiyi açıqlamada, “Yaxın Şərqdə qarşıdurmanın genişlənməsini pisləyirəm” deyə O, bəyanatdan istifadə edərək dərhal atəşkəsə çağırıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

3,7 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Tanınmış aparıcı vəfat etdi

Kəmalə Sultan

Paytaxtda qətl hadisəsi törədildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu