21 C
Baku
15 Mart 2025, 17:19
Baş xəbərDünya

Aİ Komissiyasının sədri: Avropa açıq və indiki təhlükə ilə üz-üzədir

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Avropanın “açıq və indiki təhlükə ilə üz-üzə qaldığı” barədə xəbərdarlıq edərək, “Avropanı özünü müdafiə və qoruyacaq vəziyyətə salmalıyıq” deyib.

Aİ Komissiyasının sədri Von der Leyen üzv olduğu Avropa Xalq Partiyasının (APP) növbədənkənar Aİ Liderlər Zirvəsi öncəsi iclasının girişində çıxış edib.

Önümüzdəki saatlarda başlayacaq fövqəladə zirvə üçün bir araya gəldiklərini ifadə edən von der Leyen, “Avropanın açıq və indiki bir təhlükə ilə qarşı-qarşıya olduğunu gördükdə fövqəladə bir zamandayıq və Avropanı özünü müdafiə və qoruyacaq bir mövqeyə qoymalıyıq” deyib.

Von der Leyen, Ukraynanın özünü qoruyacaq və ədalətli və davamlı sülhü təmin edəcək bir vəziyyətə gətirməsinin vacibliyini vurğulayaraq, Avropanın müdafiə xərclərini artıraraq bölgəni yenidən silahlandırmaq məqsədi daşıyan “Rearm” adlı yeni planı liderlərə təqdim edəcəyini açıqladı.

Yeni planın 800 milyard avro dəyərində olduğunu bildirən fon der Leyen, məzmunu ilə bağlı bunları qeyd etdi:

“Bu, üzv dövlətləri hərbi xərclər üçün daha çox maliyyə vəsaiti ilə təmin edir və Avropa səviyyəsində birgə satınalmalara imkan verir. Çox önəmlisi odur ki, bu, Ukraynaya da fayda verə bilər, çünki bu plan sayəsində üzv dövlətlər Ukraynanın müdafiə sənayesinə sərmayə qoya və ya hərbi imkanlar əldə edib Ukraynaya verə bilər”.

Brüsseldə görüşən Aİ liderləri Ukraynaya dəstək və Avropanın müdafiə xərclərini artırmaq yollarını müzakirə edəcəklər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Silahlı hücumda 7 nəfər öldü

Nigar Məmmədova

Bakıda turizm sərgisi keçiriləcək

Bugün TV

Prezident İlham Əliyev Şuşa şəhər xəstəxanasının tikinti işləri ilə tanış oldu-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu