10 C
Baku
22 Dekabr 2024, 23:02
Siyasət

Aİ liderləri  fövqəladə sammitə toplaşırlar

Bugün.tv Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Aİ liderləri Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün bazar ertəsi iki günlük fövqəladə sammitə toplaşıblar.

Aİ-nin 27 dövlət və hökumət başçısı iclasa Ukraynada baş verən son hadisələri və blokun ölkəyə yardım səylərini müzakirə etməklə başlayacaq.

Liderlər Avropa Komissiyasının Ukraynaya təcili likvidlik ehtiyaclarını ödəmək üçün əlavə 9 milyard avro (9,6 milyard dollar) makro-maliyyə yardımı göstərməklə bağlı son təklifini qiymətləndirəcəklər.

Onların həmçinin, Aİ-nin icra hakimiyyətinin çərşənbə günü Aİ sanksiyalarını pozan oliqarxların aktivlərinin müsadirə edilməsini nəzərdə tutan layihə paketini təqdim etməsindən sonra Rusiyanın dondurulmuş aktivlərinin gələcəyini qiymətləndirəcəkləri gözlənilir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də əvvəllər qanuni imkan daxilində dondurulmuş Rusiya aktivlərindən Ukraynanın bərpası üçün istifadə etməyi təklif etmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski danışıqların bir hissəsi üçün videobağlantı vasitəsilə Aİ həmkarlarına qoşulacaq.

Bugün TV

Oxşar xəbərlər

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Bugün TV

Britaniyanın xarici işlər naziri Çinə səfərini təxirə saldı

Nigar Məmmədova

Klintondan Fransa prezidentinə etiraz

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu