24 C
Baku
19 Sentyabr 2024, 19:53
Baş xəbərDünya

 Aİ məhkəməsi Google-a tətbiq edilən 1,5 milyard avroya yaxın cəriməni ləğv edib

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi AdSense reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyasının Google texnologiya şirkətinə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib. Mərkəzi ofisi Lüksemburqda olan və AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Google-un Alphabet çətiri altında AB Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.

Məhkəmə, AB Komissiyasının 5 il əvvəl Google-a AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.

Qərarda “Ümumi Məhkəmə Komissiyanın Google AdSense ilə bağlı qərarını ləğv etdi” ifadəsi işlədilib.

Məhkəmə, Komissiyanın Google-u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyinə qərar verdi.

2019-cu ildə Aİ Komissiyası Google-u AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələyib.

Google AdSense veb sayt sahibləri və reklam verənlər arasında vasitəçi rolunu oynayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Şəkidə 53 yaşlı qadın və 32 yaşlı kişi itkin düşdü

Kəmalə Sultan

Xeyli sayda silah-sursat aşkarlandı

Aynur Camal

DSX ötən gün baş verən cinayətlərin xülasəsini yaydı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu