11 C
Baku
3 Dekabr 2025, 22:17
DünyaHadisə

Aİ-nin əməkdaşı güllələndi

Avropa Birliyinin (Aİ) Sudandakı humanitar missiyasının rəhbəri Vim Fransen güllələnərək yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

Bildirilir ki, münaqişənin hökm sürdüyü Sudanda məskunlaşan Belçika vətəndaşı Fransen Xartumda yoxa çıxıb. O, dünən axşam saatlarında yaralı halda tapılıb.

Aİ rəsmiləri təhlükəsizlik səbəbi ilə Fransenin vəziyyəti barədə ətraflı məlumat verməyiblər.

Qeyd edək ki, münaqişə başlayandan sonra AB-nin Sudandakı səfiri İrlandiya vətəndaşı Adrian O’Hara da öz iqamətgahında hücuma məruz qalıb. Diplomatın  vəziyyəti yaxşıdır.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalar baş verib. Son məlumatlara görə, toqquşmalarda 180-dən çox dinc sakin həlak olub. Yaralıların sayı 1800-ü keçib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Türkiyədə səhərə dad qatan ənənə: Türk səhər yeməyi

Aynur Camal

Türkiyəli aktrisa dünyasını dəyişdi

Bugün TV

Etirazları qızışdırmaq ittihamı ilə saxlanılan aktrisa

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu