24 C
Baku
10 Sentyabr 2025, 6:52
Baş xəbərDünya

Aİ-nin Gürcüstanda fəaliyyəti davam edir

Gürcüstanda hökumətin Aİ ilə danışıqları 4 il təxirə salmasından sonra başlayan etirazlar davam edir.

Gürcüstanda Avropa İttifaqı (Aİ) böhranı…

Baş nazir İrakli Kobaxidze hökumətinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına reaksiya verən insanlar həftələrdir etiraz aksiyaları təşkil edir.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını açıqlamasından sonra başlayan etiraz aksiyaları davam edir.

Təxminən bir aya yaxındır hər gün paytaxt Tbilisidə parlament binası qarşısına toplaşan izdiham, əllərində Gürcüstan və Aİ bayraqları ilə Gürcüstanın Aİ danışıqlarını dayandırmasına etiraz ediblər.

 Polisin parlament binası ətrafında geniş təhlükəsizlik tədbirləri gördüyü görülüb. Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin yenilənməli olduğunu bəyan edib və hökumətə yeni seçkiləri elan etmək üçün bir həftə vaxt verib.

Zurabişvili dünən axşam paytaxt Tbilisidə ABŞ və Aİ-nin dəstəklədiyi nümayişlərdə çıxış edib. Zurabişvili bildirib ki, o, hakim Gürcü Arzusu Partiyasının təsisçi fəxri prezidenti Bidzina İvanişvili ilə görüşməyə hazırdır və cari ayın sonunadək seçkilərin yenilənməsi ilə bağlı razılığa gəlməlidirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu şəxslər təltif edildi-FOTOLAR

Nigar Məmmədova

Diş əti iltihabı üçün hansı diş pastası seçilməlidir?

Aynur Camal

İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu