Baş xəbərDünya

 Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər

Aİ Komissiyasının sədri Ursula fon der Leyen AB ölkələrinin fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin ildönümü üçün hazırlanan 16-cı sanksiya paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

AB-nin Rusiyanın kölgə donanmasında olan gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini ifadə edən von der Leyen, “16-cı sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram” deyib.

Yeni sanksiyalar çərçivəsində Rusiya alüminium məhsullarının Aİ-yə idxalına mərhələli qadağa tətbiq olunacaq və xam neft satışını hədəfləyən tədbirlər daha da sərtləşdiriləcək.

Rusiyanın məhdudiyyətləri keçərək xam neft ixrac etmək üçün istifadə etdiyi 73 kölgə donanması tankeri, bəzi Rusiya bankları və bir çox fiziki şəxs və şirkət sanksiyalar siyahısına əlavə olunacaq.

Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib

Aynur Camal

Məktəblərin açılması təxirə düşəcək?

Aynur Camal

Kabildə məscidin partlaması nəticəsində ölənlərin sayı 21-ə çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu