Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas qərarla bağlı açıqlamasında deyib: “Rusiya vurduğu ziyanı ödəməlidir” deyib.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə Birliyə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı sosial media hesabında paylaşım edib.
“Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəliblər”. Kallas bəyan edib ki, sanksiyaların uzadılması Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək.
“Rusiya vurduğu zərəri ödəməlidir”, – Kallas bildirib.
Qərar çərçivəsində Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə başlanan və 2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra xeyli genişlənən məhdudlaşdırıcı tədbirlərin müddəti 2025-ci il iyulun 31-dək uzadılacaq. Aİ indiyədək Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, energetika, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, həmçinin qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər tətbiq edilir.
Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının daşınmasına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır. Aİ-nin sanksiya siyahısında 2 mindən çox insan və qurum var.
Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Mövcud sanksiyaların müddəti 2025-ci il yanvarın 31-də başa çatıb.
Bu sanksiyaların uzadılması ilə bağlı qərarın qəbulu üçün yekdillik tələb olunur.
Macarıstan enerji sahəsindəki narahatlıqlarına görə sanksiyaların uzadılması qərarını bir müddətdir təsdiq etməmişdi.
Mənbə: HurriYet