6 C
Baku
24 Fevral 2026, 19:32
DünyaSiyasət

Aİ Qəzza üçün yeni humanitar yardım keçid məntəqələrini elan edəcək

Avropa İttifaqı (Aİ) Qəzza zolağına humanitar yardımın genişləndirilməsi üçün İsraillə razılığa gəldiyini açıqlayıb.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, razılaşmanın Qəzza zolağında sərhəd keçidlərini açacağını, yük maşınları ilə bölgəyə çatdırılan yardım və ərzaq miqdarını əhəmiyyətli dərəcədə artıracağını, həyati əhəmiyyətli infrastrukturu təmir edəcəyini və yardım işçilərini daha yaxşı qoruyacağını bəyan edib.

Önümüzdəki günlərdə tədbirlərin həyata keçiriləcəyini və yardımların birbaşa xalqa çatdırılacağını bildirən Kallas, “İsrailin razılaşdığı bütün tədbirləri həyata keçirəcəyinə inanırıq” deyib.

Razılaşmaya əsasən, sahil boyu sərhəd keçidlərinin sayı artırılacaq, İordaniya və Misirdən yardım marşrutları yenidən açılacaq.

Bundan əlavə, yardımların əhaliyə paylanması üçün çörək sexləri və səyyar mətbəxlərdən istifadə olunacaq.

Müqavilə həmçinin yardım təşkilatlarına yanacağın tədarükünün bərpasını, yardım işçilərinin müdafiəsini, elektrik şəbəkəsi və su təmizləyici qurğu kimi infrastrukturun mümkün təmiri və texniki xidmətini nəzərdə tutur.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“Ukrayna necə itaətkar qalır və məğlubiyyətə yaxın hiss etmir?”

Aynur Camal

Britaniya müharibənin ildönümündə Ukraynaya dəstək paketini elan edib

Aynur Camal

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu