26 C
Baku
22 İyul 2025, 6:32
DünyaHadisə

Aİ Rusiya fərd və təşkilatlarına qarşı sanksiyaları 6 ay müddətinə uzatdı

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.

Aİ Şurasından verilən açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılıb.

Açıqlamada, təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb. Bu sanksiyalardan biri Ukraynadakı müharibə səbəbindən tətbiq edilib.

Açıqlamada bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çxarılmasına qərar verilib.

Bu şəxslərin və təşkilatların bir çoxu Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına yazılıb. Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya tətbiq edib.

Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edildi.

Teymur Əziz

Oxşar xəbərlər

Qışda vitaminləri necə yığmaq olar? 12 məhsul mövcuddur

Aynur Camal

Braziliyada isti hava rekord qırdı: 60,1 dərəcə!

Aynur Camal

Otelə hücum edildi: 9 ölü, 10 yaralı var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu