Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.
Aİ Şurasından verilən açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılıb.
Açıqlamada, təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb. Bu sanksiyalardan biri Ukraynadakı müharibə səbəbindən tətbiq edilib.
Açıqlamada bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çxarılmasına qərar verilib.
Bu şəxslərin və təşkilatların bir çoxu Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına yazılıb. Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya tətbiq edib.
Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edildi.