15 C
Baku
24 Oktyabr 2025, 1:43
Digər

Aİ Rusiyadan qaz idxalını 2028-ci ilə qədər dayandıracaq

Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-ci ilin əvvəlinə qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tamamilə dayandırmaq planını dəstəkləyib.

Aİ Şurası Lüksemburqda keçirilən iclasda üzv ölkələrin energetika nazirlərinin Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılması qaydaları ilə bağlı konsensusa gəldiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, üzv dövlətlər Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasına dair tənzimləmə layihəsi ilə bağlı Avropa Parlamenti (AP) ilə danışıqlara dair mövqelərini açıqlayıblar.

Bəyanatda vurğulanıb ki, plan Rusiyadan enerji asılılığına son qoymaq üçün hazırlanır.

“Təklif olunan tənzimləmə Rusiyadan boru kəməri qazı və LNG idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa tətbiq edir. Nəticədə, 2028-ci il yanvarın 1-dən Rusiya qazına tam qadağa tətbiq ediləcək”, – deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunub ki, plana əsasən, Rusiyadan qaz idxalı 2026-cı il yanvarın 1-dən, yeni müqavilələr üzrə 17 iyun 2026-cı ildən, uzunmüddətli müqavilələr üzrə isə 2028-ci il yanvarın 1-dən etibarən dayandırılacaq.

Bəyanatda qeyd olunub ki, mövcud müqavilələrdə dəyişikliklərə yalnız məhdud əsaslarla icazə veriləcək və təchizatla bağlı çətinliklərlə üzləşə biləcək dənizə çıxışı olmayan Aİ ölkələrinə müəyyən çeviklik təklif ediləcək.

Təklif olunan qanun Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

2021-ci ilə qədər Aİ təbii qazın 45 faizini Rusiyadan alırdı. Ötən il Aİ-nin Rusiyadan qaz tədarükü 19 faizə düşüb.

Bir çox Aİ ölkələri Rusiyadan LNG və boru kəməri qazı almağa davam edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Nizami rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanıldı

Kəmalə Sultan

Böyük Britaniyada anti-miqrant etirazları gərginlik yaradıb

İntizar Əmirova

Mikroavtobusdan 10 min manat oğurladılar

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu