15 C
Baku
25 Aprel 2025, 0:35
Dünya

Aİ Rusiyanı Baltik dənizində elektrik enerjisinin kəsilməsinə görə günahlandırır

Avropa İttifaqı (Aİ) Rusiyanı Finlandiya ilə Estoniya arasında elektrik şəbəkəsi və Baltik dənizindəki telekommunikasiya kabellərində kəsilməyə görə məsul tutdu və bu ölkəyə qarşı Avropanın kritik nöqtələrinə hücumlarına görə əlavə sanksiyalar hazırlanacağını açıqladı.

AB Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında verdiyi açıqlamada hadisənin “AB infrastrukturuna olan təhdidləri ortaya çıxardığını” bildirib.

Von der Leyen Avropanın kritik infrastrukturunun, o cümlədən sualtı kabellərin qorunmasını təmin edəcəyinə söz verib.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da hadisənin “kritik infrastruktura edilən şübhəli hücumlar seriyasının sonuncusu” olduğunu bildirib.

“Şübhəli gəmi Rusiyanın kölgə donanmasının bir hissəsidir və bu, müharibə büdcəsini maliyyələşdirərkən təhlükəsizliyi və ətraf mühiti təhdid edir. Biz bu donanmanı hədəf almaq üçün sanksiyalar da daxil olmaqla əlavə tədbirlər təklif edəcəyik”, – Kallas bildirib.

Ali Nümayəndə qeyd edib ki, hazırda regionda elektrik enerjisi təchizatının təhlükəsizliyi üçün heç bir risk yoxdur.

Hadisə

Elektrik şəbəkəsi operatoru Fingridin verdiyi açıqlamaya əsaslanan xəbərdə Finlandiya mətbuatı dünən yerli vaxtla saat 12.26-da şəbəkədə kəsinti olduğunu bildirib.

EstLink 2 ilə yanaşı, Baltik dənizinin altından 4 telekommunikasiya kabelinin birləşməsində də fasilə olduğu açıqlanıb.

Finlandiya Sərhəd Təhlükəsizliyi qrupları Rusiyanın “kölgə donanması”na aid olduğu düşünülən gəmilərdən birinin qəza zamanı bölgədən keçdiyini iddia edib. Gəmini sahilə yönəltdikdən sonra qruplar gəminin lövbərlərinin yerində olmamasının “şübhəli” olduğunu qeyd edərək, kabellərin zədələnməsinin lövbərlərə görə baş verə biləcəyini bildiriblər.

Rusiyanın Avropa sanksiyalarına qarşı neft və malların gizli şəkildə daşınması üçün yararsız və köhnə tankerlərdən ibarət gizli donanma yaratdığı iddia edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna Rusiyaya cavab verdi: Kremlə hücumla heç bir əlaqəmiz yoxdur

Kəmalə Sultan

Fələstin rəsmisi Qəzza zolağında suyun nisbətinin təxminən 90 faiz azaldığını bildirib

Bugün TV

Zaxarova: Rusiya İstanbuldakı görüşdən sonra ABŞ-la etimadı gücləndirməyi gözləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu