27 C
Baku
10 İyun 2025, 10:22
Dünya

Aİ Suriyaya qarşı sanksiyaları ləğv etdi

Avropa İttifaqı (Aİ) bu gün qəbul etdiyi qərarla Suriyaya qarşı tətbiq edilən bütün iqtisadi sanksiyaların ləğvini təsdiqləyib.

Bundan əvvəl Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas Brüsseldə görüşən xarici işlər nazirlərinin Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib. Kallas, “Aydın olan odur ki, biz Suriya xalqını məşğulluq və dolanışıq vasitələri ilə təmin etmək istəyirik ki, ölkə daha sabitləşsin”.

AB rəsmiləri qərarın Suriyaya qarşı iqtisadi sanksiyaları əhatə etdiyini, lakin Bəşər Əsəd rejimi və insan haqları pozuntuları ilə bağlı fərdi sanksiyaların bir müddət daha qüvvədə qalacağını açıqlayıb.

Ötən həftə Aİ Suriyaya qarşı sanksiyaların daha geniş şəkildə yumşaldılması üzərində çalışdığını və bu addımın ölkənin yenidən qurulmasına töhfə vermək məqsədi daşıdığını açıqlamışdı. Kaja Kallas həmçinin bəzi Suriya nazirliklərinin yenidənqurma səyləri üçün beynəlxalq maliyyəyə çıxışını asanlaşdırmaq üçün sanksiyaların yumşaldılmasını təklif edib.

Aİ fevralın sonunda Suriyaya dair bəzi iqtisadi məhdudiyyətləri aradan qaldırmaq üçün əməli addımlar atmağa başlayıb. Bu çərçivədə enerji, nəqliyyat və bankçılıq sahələrində bəzi maneələr aradan qaldırılaraq, şəxsi istifadə üçün AB ölkələrindən Suriyaya lüks malların idxalına icazə verilməsi kimi təcrübələr qüvvəyə minib.

Yanvar ayında Aİ xarici işlər nazirləri enerji sektorundan başlayaraq sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutan “yol xəritəsi”ni razılaşdırıblar. Bu sanksiyalar Bəşər Əsəd dövründə zülm və insan haqlarının pozulması səbəbindən həyata keçirilib.

AB-nin 27 üzvündən olan diplomatlar yeni dövlət strukturunun qurulmasına dəstək verməyi və enerji və nəqliyyat kimi sektorlarda məhdudiyyətləri dayandıraraq Suriya xalqının yaşadığı iqtisadi çətinlikləri yüngülləşdirməyi hədəflədiklərini bildiriblər.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da bu yaxınlarda Suriyaya qarşı sanksiyaların qaldırıldığını açıqlamışdı. Bu bəyanat Vaşinqtonda müvafiq qurumlar arasında qərarın icrası üçün hazırlıq prosesinə start verib.

Suriya Xarici İşlər Nazirliyi ABŞ-ın qərarını alqışlayıb. “Bu sanksiyalar əvvəlki rejimi hədəfə almaq məqsədi ilə həyata keçirilsə də, birbaşa olaraq Suriya xalqını cəzalandırır və bərpa və yenidənqurma prosesinə mane olur. Ona görə də sanksiyaların götürülməsi xalqımızın iztirablarına son qoyulması istiqamətində ümidverici addımdır”, – nazirliyin bəyanatında deyilir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da böhran: Nazirin 11 sentyabr tələbi rədd edildi

Aynur Camal

Rusiyada Su-30 qırıcısı qəzaya uğradı: 2 nəfər öldü

Teymur Əziz

O, onilliklər ərzində dənizdə üzən bir şüşə tapdı! Açan kimi hərəkətə keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu