23 C
Baku
28 İyul 2025, 8:57
Digər

Aİ təbii fəlakətlərə görə Yunanıstana 2 milyard 250 milyon avroya qədər dəstək verəcək

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin yanğın və daşqın fəlakətləri ilə əlaqədar Yunanıstana ümumilikdə 2 milyard 250 milyon avroya qədər dəstək verəcəyini bildirib.

Von der Leyen Avropa Parlamenti Baş Assambleyasının iclaslarında iştirak etdiyi Fransanın Strasburq şəhərində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə mətbuat konfransında danışıb.

Yunanıstanda baş verən yanğının ölkədə indiyə qədər görülən ən dağıdıcı fəlakət olduğunu və ölkənin böyük bir hissəsinin sonrakı seldən təsirləndiyini vurğulayan fon der Leyen, Aİ-nın yunan xalqının yanında olacağını bildirib.

Von der Leyen, zərərin aradan qaldırılması üçün ölkəyə verilə biləcək vəsaitlə bağlı Mitsotakis ilə görüşdüklərini və Aİ Komissiyasının yardımların tez çatdırılmasına çalışacağına söz verib.

“Birlik” və “Avropa Sosial” fondları çərçivəsində layiq görülən məbləğlərə əlavə olaraq, daha əvvəl istifadə olunmamış iki fondla birlikdə, ümumilikdə 2 milyard 250 milyon avroya yaxın vəsait ayrılacaq.

Von der Leyen, bunlardan başqa üzv ölkələrin razılığı ilə Yunanıstanın da tələb etdiyi Həmrəylik Fondundan yardım ala biləcəyini və bu halda gələn ilə qədər 400 milyon avroya yaxın yardımla dəstəklənə biləcəyini qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Şəhid qadınlarımızın məzarları ziyarət olundu

Bugün TV

İki idmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

Nigar Məmmədova

Tramvay xəttində bəzi xidmətlər dayandırıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu