10 C
Baku
12 Dekabr 2024, 22:40
Baş xəbərDünya

Aİ-yə üzvlüklə bağlı danışıqların dayandırılması Gürcüstanda çaşqınlıq yaradıb

Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük danışıqlarını dörd il müddətinə dayandırmasından sonra nümayişçilər paytaxt Tbilisidə küçələrə axışıb.

Gürcüstanın baş naziri İrakli Kobahidzenin 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə üzvlük danışıqlarının başlanmasını dayandırmaq və Avropa İttifaqından büdcə qrantlarını qəbul etməmək barədə qərar verdiyini açıqlamasından sonra paytaxt Tbilisidə etiraz aksiyası keçirilib.

Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük danışıqlarını 4 il müddətinə dayandırmasından sonra dünən paytaxt Tbilisidə etiraz aksiyası keçirilib. Baş nazir İrakli Kobaxidze mətbuat konfransı keçirərək bəyan edib ki, bloka daxil olmaq təklifi 2028-ci ilin sonuna kimi gündəmdə olmayacaq. Tbilisidə parlament binası qarşısına toplaşan minlərlə insan hökumətin Aİ danışıqları ilə bağlı qərarına reaksiya verib. Polis parlament binası ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir Kobaxidzenin qərarına münasibət bildirib. Zurabişvili açıqlamasında deyib: “Bu gün biz həftələrlə davam edən konstitusiya çevrilişinin sonuna gəldik. Bizi Avropadan Rusiyaya aparan aylar əvvəl müəyyən edilmiş marşrut indi başa çatıb.

Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə sülh deyil, müharibə elan edib. Evində olan və ya aksiyalarda iştirak edən hər kəsə: Ümidinizi itirməyin! Nə kompromis, nə təslim, nə müqavimət var. “Siz sona qədər sadiq qalacağınız kimi mən də buna sona qədər sadiq qalacağam” deyib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Zaqatalada qanunsuz ov edən şəxslər aşkarlandı 

Kəmalə Sultan

Şok! Qaz yumurtasından eşşək başlı, 4 ayaqlı əcaib varlıq çıxdı! – FOTO + VİDEO

Kəmalə Sultan

Avtomobil yandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu