23 C
Baku
10 İyun 2025, 0:40
Baş xəbərTexnologiya

AİKTSA sədri Elvin Abbasov “Super Portal” layihəsinin üstünlüklərini açıqlayıb

İRİA “Kağızsız Hökumət” layihəsi çərçivəsində iradəli və qərarlı addımlar atmaqda davam edir. Keçən ay şüluz haqqında yazmışdım, görünür ki, #İRİA-nın vizyonu xidməti sistemlərin hər birini vətəndaş yönümlü dizayn etməkdir. 

Cari sistemlər e-Gov, MyGov və digər xidmət yönümlü sistemlərin hər biri daha çox informativ xarakter daşıyırdı və funksionallıq isə faiz olaraq çox az hissəsini təşkil edirdi.

Dövrün yeni çağırışlarına əsasən dinamik, yenilənəbilən, insanyönümlü interaktiv və proaktiv sistemlər tələb edilir.
Bu istiqamətdə ötən həftə 2-ci dəfə qurumlararası müzakirə görüşü baş tutdu. AİKTSA-nın ev sahibliyi etdiyi bu görüşdə cari sistemlərin yeni çağırışlara uyğun olaraq müasir vahid sistem konsepsiyasında yenidən tərtib edilməsinin zəruri olduğu vurğulandı və mövcud sistemlərin problemləri müzakirə olundu.

Bu layihə çərçivəsində yeni elektron hökumət portalı/tətbiqi “Super Portal” vizyonu daşıyır, bu portalın adı isə hələ ki müzakirə olunur. Qənaət budur ki, yeni tərtibatda məsələlər kompleks olaraq ələ alınacaq. Konsept belədir ki, dövlət və vətəndaş münasibətlərinin tam olaraq rəqəmsal müstəviyə keçirilməsi mərhələli olaraq nəzərdə tutulur. Yaradılacaq olan yeni nəsil rəqəmsal hökumət portalı/tətbiqinin məqsədi bütün qurumların xidmətlərini minimum tık ilə əl çatan etməkdir. Tətbiqdə maksimum funksionallıq nəzərdə tutulur.

Yəni ki, “Kağızsız Hökumət” vizyonunda vətəndaşlar arayış və digər bütün xidmətləri kağızsız elektron formada əldə edə və təqdim edə biləcəklər.

Düşünürəm ki, bu proses vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəlməsinə xidmət edərək, effektivliyi və çevikliyi təmin edəcəkdir. Bunu etmək üçün nə lazımdır?

Qanun!

Qanun var və dövrün çağırışlarına görə inkişaf etdirilməlidir. Məncə əsas məsələ qurumlararası istəkdir. Hər kəs öz datasını bölüşməlidir və bu ümumi ekosistem üçün ən zəruri məsələdir.

Texnologiya inkişaf edir və yeni çağırışlar müasir sistemlər tələb edir. Bu öz-özlüyündə Rəqəmsal İqtisadiyyatın dayanıqlılığını təmin edəcək. Burada dövlət-vətəndaş münasibətləri, biznes münasibətləri yeni müstəviyə keçəcək. Vətəndaşlar fərdi məlumatlarına nəzarət edə biləcək, həmçinin bank xidmətlərindən bu vahid tətbiqlər üzərindən yararlana biləcəklər.

Ümumilikdə ölkədə #rəqəmsal transformasiyanın sürətlənməsinə xidmət edəcək.

Əgər qurumlar razılığa gəlsə ilkin mərhələ bu ilin sonuna tamamlana bilər. İlk mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, diplomlar və s.) funksional olaraq istifadəyə verilməsi hədəflənir.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Bu dinc Azərbaycan vətəndaşlarına qarşı törədilən qətliam idi”

Aynur Camal

Türkiyədə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanıldı

Kəmalə Sultan

Təl-Əviv-Tehran münasibətlərində gərginlik artır!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu