27 C
Baku
28 İyun 2025, 11:54
Baş xəbərSosial

“AİLƏ MEDİCAL” klinikası istifadəyə verildi – FOTO

Bugun.tv xəbər verir ki, 17 iyun – Tibb işçilərinin peşə bayramı günü ərəfəsində Suraxanı rayonu ərazisində “AİLƏ MEDİCAL” klinikası ginekoloji xidmətlərlə xanımların istifadəsinə verilib.

Sözügedən  tibb mərkəzinin açılışında çıxış edən  “AİLƏ MEDİCAL”ın rəhbəri tanınmış həkim ginekoloq Firəngiz Rüstəmova ölkəmizin ayrı-ayrı bölgələrində, eləcə də Bakının mərkəzində çoxlu sayda yüksək səviyyəli klinikaların mövcudluğuna diqqət çəkdi: “Paytaxtın mərkəzində mövcud olan ən müasir standartlara uyğun klinikalara Bakı ətrafı ərazilərdə də ehtiyac var. Bu məqsədlə yaradılan “AİLƏ MEDİCAL” klinikası ilə Suraxanı ərazisində qadınların sağlamlığına dəstək verəcəyik. Uzun illər yaşadığım və çalışdığım Suraxanı rayonunun əziz xanımlarına ən müasir standartlara uyğun tibb mərkəzi ilə xidmət etməyi seçdim. Qızlarımızın, qadınlarımızın sağlamlığı, hər bir həkim ginekoloq kimi mənim üçün də prioritetdir. İnanıram ki, hər kəs xidmətimizdən razı qalacaq”.

Açılış mərasimində iştirak edən  Əmircan bələdiyyəsinin ərazi İdarəetmə şöbəsinin müdiri Cəlaləddin Əhmədov bildirib ki, rayon sakinləri üçün belə tibb mərkəzlərinin əlçatan olması və keyfiyyətli xidmətin göstərilməsi çox önəmlidir. Çünki bu kimi amillər rayonun inkişafına dəstək olmaqla yanaşı, yerli əhalinin də rahatlığını təmin edir. Tibb sahəsinin, Suraxanı rayon ictimaiyyətinin, media nümayəndələri də açılış mərasiminə qatılıblar.

Mənbə: OlayLar.Az

Aynur Camal

Oxşar xəbərlər

 Çin ordusu Tayvanı mühasirəyə aldı! Müharibə zəngləri yenidən çalınır

Aynur Camal

Sürücü olmaq istəyən xanımlara əla fürsət!

Bugün TV

Eyni mesaj minlərlə israillinin telefonuna eyni anda getdi, hər kəs panikaya düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu