7 C
Baku
21 Dekabr 2025, 12:40
Digər

“Air Astana” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib

Bugun.tv “Kazinform”a istinadla xəbər verir ki, sərnişinlərin sözlərinə görə, uçuş zamanı salonda qəribə səslər eşidilib və 30-40 dəqiqəlik uçuşdan sonra təyyarə yüksək sürətlə enməyə başlayıb. Aviaşirkətin bəyanatında qeyd olunur ki, avqustun 31-də Almatı-Aktau marşrutu üzrə hərəkət edən KC 859 reysinin ekipajı Aktauya yaxınlaşarkən texniki nasazlıq barədə məlumat verib və təlimata uyğun olaraq prioritet eniş tələb edib. “Bundan sonra təyyarə təhlükəsiz uçuş səviyyəsinə enərək Aktau hava limanına təhlükəsiz eniş edib”, -deyə məlumatda bildirilir. Hazırda təyyarəyə texniki baxış keçirilir.

Bugün TV

Oxşar xəbərlər

Uşaq Hüquqları Aylığı çərçivəsində regionlarda silsilə hüquqi maarifləndirici tədbirlər keçirildi

Aynur Camal

UNESCO mədəni irsin geri qaytarılması üzrə qlobal danışıqları genişləndirir

Aynur Camal

İtaliyada Marmolada buzlaqının çökməsi nəticəsində 6 nəfər ölüb( VIDEO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu