7 C
Baku
29 Yanvar 2026, 16:01
Baş xəbərTexnologiya

AirPods Pro eşitmə cihazlarına çevriləcək

Bugun.tv xəbər verir ki, Apple-ın simsiz qulaqlıq modeli AirPods Pro eşitmə cihazına çeviriləcək. O gələn ilin sentyabrında iOS 18 əməliyyat sistemi yeniləməsi ilə birlikdə istifadəyə veriləcək.

Proqram təminatının təkmilləşdirilməsi ilə AirPods Pro eşitmə problemi olan istehlakçıların həyatını asanlaşdıracaq. Bu funksiya iPhone tərəfindən çəkilən istənilən səsi real vaxt rejimində AirPod-lara ötürəcək. Beləliklə, istifadəçilər həm musiqi dinləyəcək, həm də kənar səsləri eşidə biləcəklər.

Şirkətin 2021-ci ildə təqdim etdiyi Nitq Təkmilləşdirmə rejimi də istifadəçilərə qulaqlıq taxarkən söhbətləri daha yaxşı eşitmək imkanı verir.

Apple iyun ayında keçiriləcək texnologiya tədbirində təqdim olunacaq.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Volkswagen batareya yanğını riski səbəbilə 44 minə yaxın avtomobili geri çağırır

Aynur Camal

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu