4 C
Baku
15 Yanvar 2026, 6:03
DünyaMədəniyyət

Ajda Pekkan “zəlzələ fürsətçisi” ittihamlarına sərt reaksiya verdi

Türk superstar Ajda Pekkan 2020-ci ildə Sarıyerdə 6 otaqlı hovuzlu lüks villasını satışa çıxarsa da, satılmayıb.

Sarıyerin zəlzələ baxımından daha az riskli olması səbəbindən rayondakı evlərə marağın artdığı və Pekkanın bu fürsətdən istifadə edərək evini abadlaşdırdığı iddia edilib.

Superstar bu xəbərlə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

“Nə demək istəyirsiniz? Mən zəlzələ fürsətçiyəm?  Bu çox çirkin xəbərdir. 60 ildir ki, bu ölkəyə vergi ödəyirəm”,- Pekkan deyib.

“Vətəndaşlarımız üçün əlimdən gələni edirəm. Zəlzələdən sonra 1 milyon TL bağışladım. Adımı ləkələmək üçün bu xəbərləri yayanlara qarşı qanuni tədbirlər görəcəm”,- o, qeyd edib.

Digər tərəfdən, superstarın xəbərə mövzu olan evini satmaqdan vaz keçdiyi və yalnız kirayə vermək fikrində olduğu öyrənilib.

Bugün TV

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu