Həddindən artıq istilərin hökm sürdüyü Yunanıstanda paytaxt Afinadakı tarixi Akropolun ziyarətçilərə bağlanacağına qərar verilib.
Yunanıstan Mədəniyyət Nazirliyi verdiyi yazılı açıqlamada, Əmək və Sosial Müdafiə Nazirliyinin həddindən artıq istilər səbəbiylə işçiləri qorumaq üçün qabaqlayıcı qərarlar aldığını xatırladıb.
Həftə sonuna qədər davam edəcəyi gözlənilən səhra temperaturu səbəbindən temperaturun 43 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Yunanıstanda son on gündə təsirli olan səhra istiləri səbəbiylə işçiləri və ictimaiyyəti qorumaq üçün həftə sonuna qədər qüvvədə olacaq tədbirlər dünən açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hava istiliyinin çox yüksək olacağı gözlənilən 16-19 iyul tarixləri arasında dövlət və özəl sektorda çalışan bütün işçilər üçün xüsusi ehtiyat tədbirləri görməyə qərar verib.
Üç gün ərzində saat 12.00-17.00 arasında havanın temperaturu 40 dərəcədən yuxarı qalxarsa, açıq havada tikinti, kuryer xidmətləri və məhsul daşınması kimi işlərin dayandırılması da qərara alınıb.
Bu qaydalara əməl etməyən işəgötürənlərin hər işçi üçün 2 min avro cərimələnəcəyi açıqlanıb.
Ağxallar və dövlət qulluqçularına 40 dərəcədən yuxarı temperaturda uzaqdan işləmək imkanı verilib.
Mənbə: Haber Global