19 C
Baku
8 Sentyabr 2024, 3:42
Baş xəbərSiyasət

Aksiyaçıların əsas tələbləri nədir?

Artıq bir neçə gündür ki, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın dəhlizində etiraz aksiyası davam edir.

Aksiyaçıların əsas tələbləri nədir?

Bugun.tv xəbər verir ki, bununla bağlı deputat Müşfiq Məmmədli öz Facebook hesabında məlumat verib.

Deputat qeyd edib ki, Azərbaycanın öz torpaqlarında monitorinq aparması üçün heç bir dövlətin icazəsinə ehtiyacı yoxdur.

“Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlara son qoyulması,
ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinqin aparılması üçün işçi qrupun əraziyə baxış keçirməsi…. O torpaqlar Azərbaycan Respublikasının ərazisidir və öz torpaqlarında monitorinq aparmaq üçün başqa bir dövlətin icazəsinə gərək yoxdur!
Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneəçilik törədilməsi dərhal dayandırılmalıdır.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış keçirilməli, qanunsuz istismar dayandırılmalı, dəymiş ekoloji ziyan araşdırılmalıdır!
Sülhməramlı qoşunların əsas vəzifəsi otuz il ərzində müharibə şəraitində yaşamış iki xalq arasında sülhün bərqərar olmasına xidmət etməlidir, sülh üçün atılan addımların qarşısını almaq sülhməramlı adına yaraşmır”, – paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

NATO: F-16-ların Ukraynaya nə vaxt veriləcəyi hələ dəqiq deyil

Aynur Camal

“Avropa İttifaqının Kosovoya qarşı cəza tədbirləri ədalətli deyil”

Kəmalə Sultan

İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu