“Bugün qohumum , Azərbaycan Dövlet Sənətçisi, Azərbaycan Sinema Tarixinə adını qızıl hərflərlə yazdırmış , yeri doldurulmayacaq səsi ve oyunculuğu ilə qəlbimizdə taxt quran, oyuncu-yönetmen canımız Şahmar Ələkbərovun doğum günüdür. Şahmar müəllimin atası Zülfüqar dayı nənəmlə bibioğlu dayıgızı olublar. Nənəm və Şahmar müəllimin anası İzulət xala ( Hüzret xala ) rəhmətə gedənə qədər həmişə görüşürdüler.. Hər həftə sonu yadımdadır nenemgil onlara gedirdiler. Xeyirdə şərdə həmişə bir birilərinə dayaq olublar. Yadımdadır qardaşları Müzəffər, Qəzənfər, Arif , Fikrət , Əkrəm dayı ile her zaman münasibetleri vardı. Həmişə görüşürdülər. Mən isə ən çox Əkrəm dayımı sevərdim. Demək olar ki hər həftə bizə gələrdi. Yadımdadı balaca olanda həmişə qolumdan tutub havada fırladırdı məni”
Bugun.tv xəbər verir ki, bu sözləri tanınmış aktrisa, hazırda Türkiyədə yaşatan Məlahət Abbasova öz sosial şəbəkə paylaşımında bildirib. “Şahmar müəllimlə mən “Sən həmişə mənimləsən” tamaşasından sonra ilk İncəsənət İnstitunun koridorunda qarşılaşmışdım. Bir gecədə tamaşamız böyük bir partlayış etmişdi Azərbaycanda. Şahmar müəllimlə də qarşılaşdığımızda üzümə baxıb gülümsəyərək yanıma geldi. Salamlaşdıq. Mən ona ”Bilirsiz, Şahmar müəllim, biz qohumuq” dedim. O da maraglı baxışlarla mene baxıb – “ Necə qohumuq? Kimlərdənsiz?” – soruşdu. Mən də “ Men Selfinaz nənəmin nəvəsiyem “ – dedim. O da, gülərək “men de deyirem axı bu istedad haradan gelir “ dedi. Onu da xatırladım ki, nənəm Cəbrayıl rayonunda Ağa Alının qızı olub. Doğma dayısı Aşıq Humaydı. Aşıq Humayın oğulları da APİ de təhsil alan hərkəsin tanıdığı Oruc müəllimlə, Dərgah müəllim Qüdrətov olub. APİ de Ədəbiyyat ve Tarix fakültəsində müəllim olublar. Oruc Müəllim özü də yazıçıydı. O da məni özünün çəkdiyi 2 filme dəvət eləyib. “İmtahan “ filmində balaca bir rol verdi. Diğer film baş roluydu. Ve o filmde təcavüz səhnəsi olduğundan qəbul edə bilmədim. Hər kinostudyaya gedəndə otağına gedirdim. Gözel söhbətlərimiz olurdu. Sonra men Türkiye’ye gəldim. Rəhmətə getdiyini duyduğumda elə bil dünya başıma yıxıldı. Sənətə gəlməmin əsas səbəbi ona uşaqlıqdan olan heyranlığımıydı. ALLAH rəhmət eləsin. Hemişe qəlbimdedir” – deyə, M.Abbasova xatirələrini bölüşüb.