Baş xəbərMədəniyyət

Aktyor, quruluşçu rejissor Samir Qulamov Prezident Mükafatına layiq görüldü

Bugün.tv xəbər verir ki, Prezident İlham Əliyev bir qrup incəsənət adamını  mükafata layiq görüb. Onların arasında uzun illərdir kino və teatr sahəsində çalışan, tanınmış aktyor, rejissor Samir Qulamov da var.Bugün.tv-yə müsahibə verən Samir Qulamov Prezident mükafatına layiq görülməyin sevincini bölüşüb. “Fəaliyyətim dövründə çoxsaylı mükafatlara layiq görülmüşəm. Prezident mükafatı mənim həyatımda ilk oldu. Gözləmirdim. Xəbəri eşidəndə çox sevindim. Əməyimə, yaradıcılığıma dəyər verən dövlət başçımız, cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm! Bu mükafat həm də bir məsuliyyət və öhdəlikdir. Fəaliyyətimlə mənə göstərilən bu etimadı doğrultmağa çalışacam. Mükafatalandırılan digər həmkarlarımı da ürəkdən təbrik edirəm. Onlara uğurlar arzulayıram!”, – deyə, S.Qulamov bildirib. Qeyd edək ki, Samir Qulamov Azərbaycan Dövlət Akademik Musiqili Teatrda quruluşçu rejissor kimi fəaliyyət göstərir. İndiyədək 40-a yaxın dövlət tədbirinin rejissoru olub.

Samir Qulamov Azərbaycan Kinematoqrafçılar İttifaqının və 1-ci “Star” film festivalı təşkilat komitəsinin üzvüdür. Eyni zamanda “Azərbaycan ailəsi” film festivalının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi ilə birgə yaradıcısı və münsiflər heyətinin üzvü olub.Qulamov 2006-cı ildə “Artist” kino şirkətini təsis edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor (2000–2006), Space Müstəqil Teleşirkətində rejissor (2002–2004), İctimai Tv-də rejissor (2005–2006), Şuşa Dövlət Musiqili Dram Teatrında quruluşçu rejissor (2006–2007), Zaman Teatrında quruluşçu rejissor (2006–2008), Sumqayit Dövlət Dram Teatrında quruluşçu rejissor (2007–2008), Azərbaycan Dövlət Televiziyasında (AzTv) rejissor (2007–2009), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor və rejissor (2006–2012) kimi işləyib.Onun 50-yə yaxın quruluş verdiyi, ssenasi müəllifi olduğu, rol aldığı film və  tamaşa var.

Biz də, Bugün.tv ailəsi olaraq, Samir Qulamovu Prezident mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!     

 

Bugün TV

Oxşar xəbərlər

Tehrandakı xəstəxanalrın ətrafında çadırlar qurulub

Aynur Camal

The New York Times: “İran İsrailin diplomatik obyektlərinə hücum edə bilər”!

Aynur Camal

Avtomobil yoldan çıxaraq ağaca çırpıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu