25 C
Baku
10 Sentyabr 2025, 11:01
Dünya

Aktyorlar İsrail kino şirkətlərinə meydan oxuyurlar

İsraillilərin Qəzzada soyqırımı törətməsinə səssiz qalmaq istəməyən dünyaca məşhur ulduzlar və rejissorlar İsrail şirkətləri ilə işləyərək ortaq olmaq istəmədiklərini bəyan ediblər.

Oskar, BAFTA, Emmi və Kann mükafatlarının qalibləri də daxil olmaqla 1300-dən çox aktyor, rejissor Fələstin xalqına qarşı soyqırım və aparteid cinayətlərində əli olan İsrail kino institutları ilə işləməkdən imtina etdiklərini bəyan ediblər.

Tanınmış aktyorlar Olivia Colman, Mark Ruffalo, Riz Ahmed, Tilda Swinton, Javier Bardem və Susan Sarandon, habelə rejissorlar Yorgos Lanthimos, Ava DuVernay və Adam McKay da daxil olmaqla 1300-dən çox şəxs İsrail kino institutları ilə işləməkdən imtina edən birgə bəyanat imzalayıb.

Kinorejissorların, aktyorların, kino sənayesi peşəkarlarının və qurumların kinonun qavrayışları formalaşdırmaq gücünü tanıdığını vurğulayan bəyanatda, “Bir çox hökumətin Qəzzada qətliamı dəstəklədiyi bu təcili böhran anında vəhşi dəhşətə ortaq olmamaq üçün əlimizdən gələni etməliyik” deyilir.

Mətndə Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada soyqırım riskinin “məqbul” olduğu və İsrailin fələstinlilərə qarşı işğal və aparteid tətbiqlərinin qanunsuz olduğunu deyib. Mark Ruffalo, eyni zamanda bütün insanlar üçün bərabərliyi, ədaləti və azadlığı müdafiə etməyin dərin mənəvi borc olduğunu və onu gözardı etmək mümkün olmadığını vurğulayıb.

“Eyni şəkildə, biz də indi Fələstin xalqının zülmünə qarşı səsimizi ucaltmalıyıq” ifadəsinin yer aldığı mətndə Fələstinli kinorejissorların beynəlxalq kino sənayesini səssizliyini pozmağa və fələstinlilərin məruz qaldığı qeyri-insani rəftar və irqçiliyi rədd etməyə çağırdığına diqqət çəkilir.

Birgə sənəd imzalanıb

Oskar, BAFTA, Emmi və Kann mükafatlı aktyorlar, o cümlədən kinematoqraflar, redaktorlar və film proqramçıları da daxil olmaqla aktyor və rejissorların imzaladığı birgə sənəddə aşağıdakı ifadələr yer alıb:

Filmlərini Aparteid Cənubi Afrikada nümayiş etdirməkdən imtina edən Aparteid Əleyhinə Birləşmiş Kinorejissorlardan ilhamlanaraq, Fələstin xalqına qarşı soyqırım və aparteid rejimində iştirak edən İsrail kino institutları (festivallar, kinoteatrlar, yayımçılar və prodüser şirkətləri daxil olmaqla) ilə işləməyəcəyimizi, onların tədbirlərində iştirak etməyəcəyimizi və filmlərini nümayiş etdirməyəcəyimizi söz veririk.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi (AJM) İsrailin ictimai-siyası həyatının yeni eşalonunda yer tutur

Aynur Camal

Rusiya “Dnepr”i vurdu! Ukrayna reaksiya verdi: Ən azı 7 nəfər həyatını itirdi

Aynur Camal

Avropada etiraz aksiyaları keçirilib

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu