27 C
Baku
26 İyul 2025, 7:30
Baş xəbərMədəniyyət

“Alagöz” fərqli bir quruluşda ifa edildi

Bugun.tv xəbər verir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən silsilə layihələr həyata keçirilir.

Belə ki, Qurtuluş günü münasibətilə Ulu Öndərimizin daha bir sevimli mahnısı olan “Alagöz” fərqli bir quruluşda ifa edilib.

Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus olan və Rəşid Behbudovun repertuarından ifa edilən “Alagöz” mahnısı Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilir.

Məşhur “Alagöz” bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunub. Tarda ifa Əməkdar artist Şəhriyar İmanova aiddir.

Layihənin bədii rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Beynəlxalq Muğam Mərkəzində baş tutmuşdur.

Mədəniyyət Könüllüləri İctimai Birliyinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə belə layihələr yeni səslər və simaların tanınması məqsədilə davamlı olaraq ictimaiyyətə təqdim olunacaqdır.

Ü. Bəbirli qeyd edib ki, “Bu layihəni Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq məhz 15 İyunda təqdim etmək istədik və çox sevinirik ki, bunu edə bildik. Biz hər zaman Öndərimizin yolundayıq”.

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirdi

İntizar Əmirova

Ölənlərin sayı 41 min 226-ya yüksəldi

Aynur Camal

Onurğa sütununa zərər vermədən kitab oxumağın yolları- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu