22 C
Baku
27 İyun 2025, 0:17
Baş xəbərDünya

Albaniya İranla diplomatik əlaqələri kəsir

Bu qərara səbəb kimi Albaniya hakimiyyəti hökumətin kompüter sistemlərinə kiber hücumu göstərib, buna görə Tiran Tehranı günahlandırıb.

Bugün.tv TASS-a istinadən bildirir ki, Albaniya İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib. Bu barədə çərşənbə günü baş nazir Edi Rama məlumat verib.

“Nazirlər Şurası İran İslam Respublikası ilə diplomatik münasibətlərin kəsilməsinin lehinə qərar qəbul edib, [bu] dərhal qüvvəyə minir”, – bunu  baş nazir hökumətin saytında yerləşdirilən bəyanatda bildirib.

İran səfirliyinə rəsmi bildiriş göndərilib ki, “bütün diplomatlar və diplomatik missiyanın əməkdaşları 24 saat ərzində ölkəni tərk etməlidirlər”, mətndə deyilir.

Aynur Camal

Oxşar xəbərlər

Qida zəhərlənməsi: 90 şagird xəstəxanalara müraciət etdi

İntizar Əmirova

Təbriz Universitetində dərslər dayandırılıb

Aynur Camal

Bir neçə dəqiqə ərzində infarkt diaqnozunu qoya bilən qan testi hazırlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu