2 C
Baku
11 Fevral 2026, 13:58
Baş xəbərDünya

Aleksandr Duqinin qızının avtomobilində partlayış baş verib-FOTO

Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

Rusiya mətbuatı xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.

O, hadisə yerində keçinib. “112” telegram kanalı xəbər verir ki, qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.

“Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobi yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Hadisə yerinə Aleksandr Duqin də gəlib.

Nəşrin skripkaçı Piter Lundstremə istinadən verdiyi məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən “Ənənə” ailə festivalından qayıdırmışlar.

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna prezident seçkiləri və sülh referendumu keçirməyi planlaşdırır

Aynur Camal

Bilirdinizmi? Dünyada bəzi məkanlarda saat 02:00-dan sonra pizza sifarişi vermək qadağandır

Aynur Camal

Azərbaycan və ABŞ enerji, nəqliyyat, süni intellekt və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq sənədi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu