7 C
Baku
15 Dekabr 2025, 7:31
Baş xəbərDünya

Aleksandr Duqinin qızının avtomobilində partlayış baş verib-FOTO

Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

Rusiya mətbuatı xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.

O, hadisə yerində keçinib. “112” telegram kanalı xəbər verir ki, qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.

“Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobi yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb. Hadisə yerinə Aleksandr Duqin də gəlib.

Nəşrin skripkaçı Piter Lundstremə istinadən verdiyi məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən “Ənənə” ailə festivalından qayıdırmışlar.

Aynur Camal

Oxşar xəbərlər

79 yaşlı aktrisa tərzi ilə yenə təəccübləndirdi-FOTO

Bugün TV

Doktor Məzahir Quliyevdən növbəti xeyirxah aksiya: 150-dən artıq Gəncə sakini pulsuz müayinə olundu

Aynur Camal

Alimlər saç və dəri üçün faydalı olan un növünü müəyyən ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu