29 C
Baku
28 İyun 2025, 18:45
DünyaSiyasət

Aleksandr Lukaşenko: “Zelenski Ukraynanın NATO-ya üzv qəbul olunmasında israr edəcək”

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul edilməsində və blokun birbaşa münaqişəyə cəlb olunmasında israr edəcək.

Bugun.tv xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko xarici və Belarus KİV nümayəndələri ilə görüşündə bildirib.

“Zelenski Ukraynanın NATO-ya qəbul edilməsində israr edəcək ki, NATO daha sonra Rusiyaya qarşı müharibəyə qoşulsun”, – Lukaşenko deyib.

Onun sözlərinə görə, Zelenski nəhayət ki, müharibədə qalib gəlməyəcəyini anladı və ona görə də tədricən ölkəsini müharibəyə sövq edənlərə qarşı tələblər irəli sürməyə başladı. Belarus lideri qeyd edib ki, Zelenskinin tələbləri hər şeydən əvvəl pul və yeni silahlarla bağlı olacaq.

“İyulun 11-nə (NATO-nun Vilnüs sammitinin başlama tarixi) NATO ölkələrinin Kiyevə dəstəyini nümayiş etdirəcək bir şeylə çıxış edəcəyi gözlənilir”, – o deyib.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Həkim bədəni bayramlara necə hazırlamaq lazım olduğunu söylədi

Aynur Camal

Dalğıcdan sonra dəhşətli köpəkbalığı hücumu: Gənc qız ayağını itirdi

Aynur Camal

Oskar nominasiyaları təxirə salındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu