9 C
Baku
21 Dekabr 2025, 13:49
MədəniyyətSosial

Ali and Nino kitab mağazasında tanınmış alimə həsr olunan “İmza Günü” keçirilib

Bugun.tv xəbər verir ki, Ali and Nino kitab mağazasında professor Hamlet İsaxanlının yaradıcılığına və elmi fəaliyyətinə həsr olunmuş “İmza Günü” təşkil edilib.

Bu barədə məlumatı deputat Ceyhun Məmmədov öz sosial media hesabında paylaşıb.

Tədbirdə çıxış edən deputat professor Hamlet İsaxanlının Azərbaycan elminə, təhsilinə və ədəbi mühitinə verdiyi dəyərli töhfələrdən danışıb, onun gənc nəslin formalaşmasında oynadığı mühüm rolu xüsusi vurğulayıb. Qeyd olunub ki, alimin çoxşaxəli fəaliyyəti gənclər üçün örnək xarakteri daşıyır.

İmza günündə səsləndirilən fikirlər bir daha göstərib ki, professor Hamlet İsaxanlının əsərləri insanı düşünməyə, sorğu-suala, öyrənməyə və yaratmağa səsləyir. Onun yaradıcılığında elmə sevgi, vətənə bağlılıq və mənəvi kamillik ideyaları aydın şəkildə əks olunur.

Bildirilib ki, bu cür tədbirlər təkcə bir müəllifin yaradıcılığının təqdimatı deyil, bütövlükdə Azərbaycan elmi və mədəni düşüncəsinin inkişafına xidmət edir. Belə görüşlər gənclər üçün həm ilham mənbəyi, həm də mənəvi motivasiya rolunu oynayır.

Aynur Camal

Oxşar xəbərlər

Baləminin corabları və ya “kimyəvi silah”….

Aynur Əfəndi Zadə

“Azərpoçt” yeni poçt markası dövriyyəyə buraxıb

Aynur Camal

Müstəqil jurnalist, sosioloq Elçin Bayramlı:“Dəyişək,inkişaf edək!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu