Baş xəbərDünya

Ali Məhkəmənin yaxınlığında partlayış oldu

Braziliyada Federal Ali Məhkəmənin (STF) yaxınlığında 2 partlayış səsi eşidildiyi və 1 nəfərin öldüyü bildirilib.

Agency Brasil-in məlumatına görə, paytaxt Braziliyada STF yaxınlığındakı meydanda iki partlayış səsi eşidilib və Ali Məhkəmədəkilər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Hələlik partlayışlarda 1 nəfər ölüb. Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.

Federal Dairə Mülki Polisi tərəfindən verilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Partlayış səslərinin gəldiyi yerə yaxın olan Prezident Sarayı Planalto və Milli Konqresin yerləşdiyi ərazi piyada və avtomobillərin hərəkətinə tamamilə bağlanıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın sözçüsü Jose Chrispiniano verdiyi açıqlamada Lulanın sarayda olmadığını açıqlayıb.

Səlahiyyətlilərdən verilən açıqlamada, paytaxt Braziliyada Ali Ədalət Məhkəməsi qarşısında partlayan bombanın intihar hücumu olduğu bildirilib. İlkin araşdırmalar nəticəsində ilk bombanın heykəlin içərisinə qoyulduğu və partlayıcının işə düşməsi nəticəsində hadisəni törədən şəxsin hadisə yerində öldüyü bildirilib.

Açıqlamada ikinci partlayışın park edilmiş avtomobildə baş verdiyi və iki bomba arasındakı əlaqənin araşdırıldığı bildirilib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

İmperator pinqvinləri üçün “buz qırılması” təhlükəsi

Aynur Camal

Qəzzada 1,7 milyon fələstinli didərgin düşüb

Aynur Camal

Buta klinikasının fəaliyyəti məhdudlaşdırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu