8 C
Baku
18 Fevral 2026, 21:54
Baş xəbərDigər

Alim: “Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb”

“Bu gün saat 09:36-da püskürən Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. Bu, aktiv palçıq vulkanıdır”.

Bu fikirləri AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda baş verən palçıq vulkanları ilə müqayisədə nisbətən güclü püskürmədir: “Püskürmənin gücü də yer səthinə çıxarılan palçığın həcmi və əmələ gələn çatlarla ölçülür. Bu püskürmə zamanı güclü alovlanma baş verməyib. Çox az həcmli alovlanma baş verib. Amma yer səthinə çıxarılan breaksiya sahəsi 2 hektar ərazini əhatə edir”.

O.Abbasov bildirib ki, palçıq axının qalınlığı 80-90 sm-dir: “Ona görə də biz bunu nisbətən güclü püskürmə kimi də qiymətləndirə bilərik”.

Aynur Camal

Oxşar xəbərlər

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Zəngin qadınlar necə geyinir? Kopyalamağa dəyər 5 əsas detal

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu