10.2 C
Baku
14 Mart 2025, 10:02
Baş xəbərDigər

Alim: “Lökbatanda palçıq vulkanı alovlanma ilə püskürüb”

“Bu gün saat 09:36-da püskürən Lökbatan palçıq vulkanı Bakıdan 15 km cənub-qərb istiqamətində, Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb. Bu, aktiv palçıq vulkanıdır”.

Bu fikirləri AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanda baş verən palçıq vulkanları ilə müqayisədə nisbətən güclü püskürmədir: “Püskürmənin gücü də yer səthinə çıxarılan palçığın həcmi və əmələ gələn çatlarla ölçülür. Bu püskürmə zamanı güclü alovlanma baş verməyib. Çox az həcmli alovlanma baş verib. Amma yer səthinə çıxarılan breaksiya sahəsi 2 hektar ərazini əhatə edir”.

O.Abbasov bildirib ki, palçıq axının qalınlığı 80-90 sm-dir: “Ona görə də biz bunu nisbətən güclü püskürmə kimi də qiymətləndirə bilərik”.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ dövlət katibi Antoni Blinken cümə günü Türkiyəyə səfər edəcək

Aynur Camal

Yapon simsiz sürət rekordu qırıldı: saniyədə 938 Gigabit

Aynur Camal

Kişi və qadın beyni-ARAŞDIRMA

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu