14 C
Baku
21 Noyabr 2024, 17:46
Baş xəbərDünya

Aliment ödəməmək üçün saxta sənədlə özünü ölü göstərdi

ABŞ-da övladına aliment ödəməmək üçün ölüm qeydiyyat sistemini “sındıraraq” hazırladığı saxta sənədlə özünü ölü kimi təqdim edən şəxsə təxminən 7 il həbs cəzası verilib.

Kentukki Baş Prokurorluğundan verilən yazılı açıqlamaya görə, Cessi Kipf ölüm qeydiyyatı sistemini sındıraraq başqa ştatda bir həkimin istifadəçi adı və şifrəsini oğurlayıb.

Həkimin məlumatlarından istifadə edərək Havayda ölüm qeydiyyatı sisteminə daxil olan Kipf özü üçün “ölüm şəhadətnaməsi” hazırlayıb və məlumatını oğurladığı həkimin rəqəmsal imzası ilə bu sənədi imzalayıb.

Kipf bir neçə hökumət məlumat bazasında özünü ölü şəxs kimi təqdim etdiyini etiraf edərək, bunu “qismən uşaq dəstəyi öhdəliklərindən yayınmaq üçün” etdiyini deyib.

Müxtəlif ştatlarda ölüm qeydiyyatı sistemlərini, özəl biznes və ictimai şəbəkələri də sındıran Kipf bu şəbəkələrə giriş məlumatlarını başqalarına da satmağa çalışıb.

Günahını boynuna alan Kipf, “fırıldaqçılıq və ciddi şəxsiyyət oğurluğu” ittihamı ilə təxminən 7 il həbs cəzasına məhkum edilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Telegram-da bu funksiyanı təcili olaraq söndürün, əks halda sizi tapacaqlar

Aynur Camal

İsrail Cenini də vurdu

Aynur Camal

“Xidmətim xalqa, qiymətim haqqa”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu