Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bu barədə “Nature” elmi jurnalında dərc edilən araşdırmada qeyd olunub. Məqalədə qitədə buzlaqların sürətlə əriməsi, dəniz səviyyəsinin qalxması və ekosistemdə dərin dəyişikliklərin artıq müşahidə olunduğu vurğulanır. Avstraliyalı alim Nerilie Abram və onun rəhbərlik etdiyi tədqiqat qrupu bu prosesi “rejim dəyişikliyi” adlandırır. Alimlərin qənaətincə, bu dəyişikliklər qlobal iqlim sisteminə zəncirvari təsir göstərərək qlobal çevrilmə reaksiyalarını işə sala bilər. Ən riskli bölgələrdən biri Qərbi Antarktida buzlağıdır. Onun tam çöküşü dəniz səviyyəsinin 3 metrdən çox artmasına səbəb ola və sahilyanı şəhərləri təhlükə altına sala bilər. Tədqiqatda bildirilir ki, Antarktida ətrafında okean sirkulyasiyasının zəifləməsi müşahidə olunur.
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
