15 C
Baku
24 Oktyabr 2025, 5:14
Digər

Alimlər 165 milyon il əvvəl yaşamış tikanlı dinozavr kəşf etdilər

Bugun.tv BBC-yə istinadla xəbər verir ki,“Spicomellus afer” adlanan bu növ 165 milyon il əvvəl yaşamış və zirehli dinozavrların ən qədim nümunəsi sayılır. Kəşf Mərakeş ərazisində edilib və alimləri heyrətləndirib. Onlar hesab edirlər ki, bu tapıntı zirehli dinozavrların təkamülü ilə bağlı mövcud nəzəriyyələri yenidən gözdən keçirilməsini zəruri edir. Birminqem Universitetindən professor Riçard Batler BBC-yə açıqlamasında bildirib ki, həmin canlı öz dövrünün “pank-rokçusu” olub. O, dinozavrın qeyri-adi tikanlı görünüşünə görə belə adlandırıldığını deyib. Layihənin digər rəhbəri London Təbiət Tarixi Muzeyindən professor Syuzanna Meydment isə vurğulayıb ki, tikanların birbaşa sümüyə birləşməsi olduqca nadir hadisədir: “Biz bu xüsusiyyəti nə qədim, nə də müasir heyvanlarda görmürük”,- deyə o, qeyd edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Qazaxıstan Prezidenti Xəzər dənizi ilə bağlı vəziyyətin acınacaqlı olduğunu bildirdi

İntizar Əmirova

Təməl işlərinin bərpasına başlanıldı

Bugün TV

Molla rejimindən ermənilərə “bərpa” təklifi – Elçin Mirzəbəyli YAZIR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu