Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi 40-cı illərin ortaları və 60-cı illərin əvvəllərində sürətlənir.
ABŞ-da aparılan bir araşdırma insan orqanizminin qocalma prosesində iki kritik dövrə diqqət çəkib.
Stanford Universitetində aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində, o cümlədən dayaq-hərəkət sistemi problemləri və ürək-damar xəstəliklərində ani artımların olduğunu müəyyən edib.
Tədqiq olunan molekul və mikroorqanizmlərdəki dəyişikliyin mərhələli, xronoloji şəkildə baş vermədiyi müşahidə edilmişdir.
Məlum olub ki, əsas dəyişikliklər 40-cı illərin ortaları və 60-cı illərin əvvəllərində baş verir.
Stenford Universitetindən genetik Maykl Snayder deyib:
Biz zamanla tədricən dəyişmirik, bəzi dövrlərdə həqiqətən dramatik dəyişikliklər yaşayırıq. 40-cı illərin ortaları və 60-cı illərin əvvəlləri bu dəyişikliklərin ən sıx olduğu dövrlərdir. Üstəlik, hansı molekul sinfinə baxsanız da, bu vəziyyət dəyişmir.
“BU GÖSTƏRİR Kİ, HƏM KİŞİ, HƏM QADINLAR ÜÇÜN DAHA BÖYÜK AMİLLƏR VAR”
Tədqiqatın aparıcı müəllifi, metabolomika üzrə ekspert Xiaotao Shen deyib: “Bu, menopozun qadınlara təsir göstərməsinə baxmayaraq, həm kişilər, həm də qadınlar üçün daha böyük faktorların olduğunu göstərir. Bu amillərin müəyyən edilməsi gələcək tədqiqatlar üçün prioritet olmalıdır”.
Tədqiqatçılar qocalma prosesində ən kəskin dəyişikliklərin orta hesabla 44-60 yaş arasında baş verdiyini və idmanın artırılması kimi tədbirlərin sağlamlığın qorunmasına kömək edə biləcəyini qeyd ediblər.
Mənbə: EnSonHaber