15 C
Baku
13 Mart 2025, 17:31
Baş xəbərHadisə

Alimlər ən uzaq qalaktikada nəyi kəşf etdilər?

Bugun.tv xəbər verir ki, elm adamları James Webb Kosmik Teleskopunun məlumatlarını araşdırarkən, Yerdən 12 milyard işıq ili uzaqlıqda yerləşən SPT0418-47 qalaktikasında üzvi molekullar aşkar ediblər.

Tədqiqatçılar SPT0418-47-dəki qazların özündə ağır elementlər ehtiva etdiyini görüblər. Bu da bir çox ulduzun zamanla əmələ gəlib sonra yox olduğunu və yenidən əmələ gəldiyini göstərir.

Sözügedən qazların tərkibində “polisiklik aromatik karbohidrogen (PAH)” molekulları var. Karbon zəncirlərindən ibarət bu üzvi molekulları ən erkən həyat formullarını özündə saxlayır.

PAH molekulları Yer kürəsində daxili yanma mühərriklərinin işlənmiş qazlarında və ya meşə yanğınları nəticəsində buraxılan qazlarda olur.

Qeyd olunub ki, qalaktikanın (SPT0418-47) Yerdən məsafəsi 12,5 milyard işıq ilidir ki, bu da qalaktikanın kainatdan 1,5 milyard il sonra yarandığını göstərir.

Mənbə: Ensonhaber

 

Kəmalə Sultan

Oxşar xəbərlər

DİN Söyüdlü kəndindəki insidentlə bağlı məlumat yaydı

Nigar Məmmədova

Evdə baş verən yanğında 1 nəfər öldü

Bugün TV

Mikroavtobus aşdı: 14 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu