13 C
Baku
3 Dekabr 2025, 0:57
Digər

Alimlər qədim üsulla suyu bircə inqrediyentlə necə “şəraba” çevirə bildi?

Yaponiyanın Kioto Universitetindən olan tədqiqatçılar minillər əvvəl istifadə olunmuş ola biləcək qədim şərab istehsalı üsulunu eksperimental olaraq təsdiqləyiblər. Məlum olub ki, suyun şəraba çevrilməsi üçün təkcə bir inqrediyent — təbii kişmiş kifayət edir.

Uzun müddət alimləri düşündürən sual bu idi: qədim dövrlərdə şərab istehsalında mayalanma prosesi necə başlayırdı?

Çünki əsas şərab mayası sayılan Saccharomyces cerevisiae təzə üzümün qabığında çox nadir hallarda olur. Bu ziddiyyət tədqiqatçıları belə bir fərziyyəni yoxlamağa vadar edib: bəlkə də mayalanma üçün təzə üzümdən yox, qurudulmuş kişmişdən istifadə olunub.

Alimlər üzümü toplayaraq üç müxtəlif üsulla qurudublar: inkubatorda, günəş altında və kombinə olunmuş metodla. Daha sonra əldə edilən kişmiş suya salınaraq otaq temperaturunda mayalanmağa buraxılıb.

Nəticələr komandanı heyrətləndirib.

İnku­batorda və kombinə edilmiş üsulla qurudulan nümunələr qarışıq nəticələr göstərsə də, günəş altında qurudulan bütün üç nümunə uğurla mayalanıb və onlarda etanolun miqdarı xeyli yüksək olub. Analiz göstərib ki, günəşdə qurudulmuş üzümün mikrobioloji müxtəlifliyi kəskin azalsa da, məhz spirtli mayalanmaya cavabdeh olan S. cerevisiae qatı şəkildə üstünlük təşkil etməyə başlayıb.

Beləliklə, təbii günəş quruluğu bu mayanın üzüm üzərində artması üçün ideal şərait yaradır. Araşdırma Scientific Reports jurnalında dərc olunub.

Tədqiqatçılar bildirirlər ki, bu təcrübəni istənilən şəxs təkrarlaya bilər, lakin vacib şərt var: yalnız tamamilə təbii, emal olunmamış kişmiş istifadə edilməlidir. Çünki mağazalarda satılan kişmişlərin əksəriyyəti yağlı qoruyucu qatı ilə örtülür və bu, mayalanma prosesinin başlamasına mane olur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Günəşdə güclü parlama baş verdi

Bugün TV

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb-FOTOLAR

Bugün TV

Yeni tədris ilindən Zəngilanda ilk dərslər başlayacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu