32 C
Baku
19 İyul 2025, 15:15
DünyaMaraqlı faktlar

Alimlərin fikrincə, heyvanlar bitkilərin gizli səslərinə reaksiya verirlər

Alimlər ilk dəfə olaraq heyvanın bitkinin çıxardığı “gizli” səslərə reaksiya verdiyinə dair sübutlar tapıblar.

BBC-nin məlumatına görə, elm adamları 2023-cü ildə bitkilərin “qışqırdığını” vurğuladığını, susuz qaldıqda və ya zədələndikdə yüksək tezlikli səslər çıxardığını aşkar etdilər və heyvanların bu səslərə reaksiyaları üzərində araşdırmalarını davam etdiriblər.

İsrailin Təl-Əviv Universitetinin tədqiqatçıları bu kontekstdə araşdırma apararaq, dişi güvələrin pomidor bitkilərinə reaksiya verərək stres altında olduqlarını və onların üzərinə yumurta qoymaqdan çəkindiklərini aşkar ediblər.

Araşdırmada qeyd edilib ki, bu davranış güvələrin bitkilərin yaydığı səsləri insan qulağının eşitmədiyi tezliklərdə təsbit etdiyini və bu səslərə əsasən qərarlar verdiyini göstərir.

Tədqiqatçılardan Tel-Əviv Universitetinin professoru Yossi Yovel, “Bu, bir heyvanın bir bitkinin çıxardığı səslərə reaksiya verdiyinin ilk sübutudur. Bu nöqtədə yalnız fərziyyələr irəli sürə bilsək də, bir çox heyvanın eşitdikləri səslərə əsasən bir bitkini tozlandırmaq, onun içində gizlənmək və ya yeməklə bağlı qərar verə biləcəyi bir ekosistemi təsəvvür edə bilərik” dedi.

Elmi qrupun üzvü professor Lilach Hadany, bu tapıntının yalnız heyvanlar üçün deyil, bitki-bitki əlaqəsi üçün də əhəmiyyətli olduğunu vurğulayaraq, “Bir bitki stress altında olarsa, ən çox digər bitkilər təsirlənəcək. Bu səbəbdən bitkilərin, məsələn, quraqlıq zamanı sudan daha diqqətli istifadə edərək, bir-birindən gələn səs siqnallarına cavab verməsi mümkün ola bilər” deyib.

Tədqiqatçılar bu tapıntıların yalnız ilkin olduğunu vurğulayır və gələcək tədqiqatlarda müxtəlif bitkilərin fərqli səslər çıxarıb çıxarmadığını və digər heyvan növlərinin bu səslərə necə reaksiya verdiyini araşdıracaqlar.

Araşdırmanın nəticələri eLife jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Prezident daha bir fərman, bir sərəncam imzaladı

Aynur Camal

Filippində tropik qasırğa: 11 nəfər ölüb

Aynur Camal

Xamenei: “İsrailə hücumda gecikdik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu