34 C
Baku
27 İyul 2025, 14:14
Baş xəbərDünya

Alimlərin maddi mükafatlandırılması həyata keçirilir

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan bir sıra tədqiqatçıların maddi mükafatlandırılması həyata keçirilir.

Bugun.tv-yə daxil olan məlumata görə, mükafatlandırmanın həyata keçirilməsində əsas məqsəd alimlərin maddi rifahının yüksəldilməsi, onların fəaliyyətinin stimullaşdırılması və beynəlxalq impakt faktorlu jurnallarda dərc edilən məqalə sayının artırılmasıdır.

Cari ilin iyul ayından başlayaraq Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində olan elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan bir sıra tədqiqatçıya müvafiq olaraq hər ay 1000 manatadək vəsaitin ödənilməsinə başlanılıb.

Mükafatlandırma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” əsasında pilot qaydada elmi tədqiqat institutları tərəfindən tətbiq edilir.

Qeyd edək ki, metodologiya üzrə hesablama 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilər əsasında aparılıb. Belə ki, “Scopus” elmmetrik bazasında mövcud on minə yaxın azərbaycanlı tədqiqatçı arasından 2018-2023-cü illər ərzində ölkə üzrə ən çox elmi işi dərc olunan (“Scopus”da müəyyən olunmuş hazır siyahı üzrə) 500 müəllifin göstəriciləri təhlil edilmiş və təhlil nəticələrinə əsasən (keyfiyyət göstəriciləri daha yüksək) alimlərin mükafatlandırılması prosesinə başlanılıb.

Oxşar metodologiyalar beynəlxalq reytinq təşkilatları (“Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, “Shanghai Ranking (ARWU)”), ali təhsil müəssisələri (Stanford Universiteti (“Stanfordun TOP 2% tədqiqatçıları”)) və tədqiqatçılar tərəfindən istifadə olunur.

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İstanbulda Sülh üçün Yeni Şans: Rusiya və Ukrayna Yenidən Masada Otururlar

Aynur Camal

Laçın ərazisində yeni hərbi obyektlər istifadəyə verilib-VİDEO

Nigar Məmmədova

Sürətli qatarın kənarından yapışaraq kilometrlərlə yol qət etdi! 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu