9 C
Baku
22 Dekabr 2024, 10:31
Baş xəbərDünya

Alimlər araşdırma aparıblar: Everest dağı ildən-ilə ucalır

Yeni bir araşdırma, Everest dağının yaxınlıqdakı çayın yaratdığı eroziya səbəbindən hər il ucalaşa biləcəyini müəyyən etdi. Nepal və Çin arasında illərdir müzakirə mövzusu olan dağla bağlı yeni araşdırma dərc edilib.

Dünyanın ən hündür zirvəsi olan Everestdə yeni ölçülər aparılıb.

EurekAlert saytının məlumatına görə, İngiltərədəki London Universitet Kollecinin (UCL) mütəxəssisləri 8849 metr hündürlükdə olan Everestin necə böyüdüyünü öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar. Tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar, eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu ifadə etdilər.

Tədqiqatçılar, çayın yaratdığı eroziyaya görə Everest dağının son 89 min ildə 15-50 metr uzandığını və hər il təxminən 2 millimetr böyüməyə davam edə biləcəyini bildirdilər.

Araşdırmanın müəlliflərindən biri olan Dr. “Everest dağının dəyişən hündürlüyü Yer səthinin dinamik təbiətini vurğulayır. Arun çayının eroziyası ilə Yer mantiyasının yuxarı təzyiqi arasındakı qarşılıqlı əlaqə Everest dağına sürətlənmə verir və onu normaldan daha yüksəklərə itələyir”, – Han açıqlamasında bildirib.

Araşdırma “Nature Geoscience” jurnalında dərc olunub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Xarkova hücumları davam edir

Aynur Camal

62 kilo heroinin ələ keçirildiyi əməliyyatda 2 nəfər həbs olundu

Bugün TV

Dünyaca məşhur reper Dreykin malikanəsi su altındadır!

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu