Alimlər beyni olmayan canlıların “düşünməsi” məsələsini yenidən müzakirə edirlər
Dünya

Alimlər beyni olmayan canlıların “düşünməsi” məsələsini yenidən müzakirə edirlər

Bugun.tv xəbər verir ki, alimlər beyinə və sinir sisteminə malik olmayan selikli kiflərin intellekt nümayiş etdirib-etdirməməsi ilə bağlı mübahisəni yenidən gündəmə gətiriblər. “The Guardian”ın elmi yazısında xüsusilə Physarum polycephalum növünün davranışları araşdırılır.

Bu canlılar neyronlara və beyinə malik olmasalar da, qida mənbələrinə gedən yolları tapmaq, mürəkkəb labirintlərdən çıxmaq və ətraf mühitə uyğun davranış dəyişiklikləri göstərmək qabiliyyətinə malikdir.

Əvvəlki təcrübələrdə bu selikli kif növünün Tokio şəhərinin dəmir yolu şəbəkəsinə bənzər səmərəli yollar yarada bildiyi göstərilmişdi. Yeni müzakirələr isə daha fundamental sual üzərində qurulub: intellekt üçün mütləq beyin və sinir sistemi lazımdırmı?

Bir qrup alim düşünür ki, öyrənmə və yaddaş kimi proseslər yalnız sinir sisteminə malik canlılarla məhdudlaşmır. Digər tədqiqatçılar isə bu davranışların intellekt adlandırılmasına ehtiyatla yanaşırlar.

Araşdırmalar canlılığın qərarvermə və uyğunlaşma qabiliyyəti barədə mövcud təsəvvürlərin yenidən qiymətləndirilməsinə səbəb olur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Üzü yastığa sıxaraq yatmaq dəridə qırışların yaranmasını sürətləndirə bilər

Aynur Camal

Fastfud və qazlı içkilər Kron xəstəliyi riski ilə əlaqələndirildi

Aynur Camal

Rza Pəhləvinin Belçikaya dəvəti ölkədə siyasi mübahisə yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu