33 C
Baku
20 İyul 2025, 21:49
Baş xəbərDünya

Alimlər: Enerji içkiləri və spirtdən ibarət kokteyl kokain qədər zərərlidir

Alman alimləri müəyyən ediblər ki, spirt və enerji içkilərini qarışdırmağı sevənlərin beyinləri zədələnir. Bu zaman kokainə bənzər bir asılılıq yaranır.

Bugun.tv xəbər verir ki, bu barədə “WalesOnline” portalı yazıb.

Xüsusilə, mütəxəssislər iki içkinin tamamilə əks təsirinə diqqət çəkirlər. Spirt sinir sistemini ləngidir, enerji içkiləri isə əksinə onu stressə salır. Üstəlik, bəzi enerji içkilərinin tərkibində adi bir fincan espressodan on dəfə çox kofein var. Nəticədə təkcə beyin deyil, qan damarları və ürək də əziyyət çəkir.

Eyni zamanda, alimlər iddia edirlər ki, güclü alkoqol və enerji içkilərindən ibarət kokteyl içərkən beynin neyrokimyasında davamlı dəyişiklik narkomaniyaya sövq edə və ona asılılığın yaranmasına səbəb ola bilər.

İntizar Əmirova

Oxşar xəbərlər

Yanvarın 09-da gözlənilən hava şəraiti

Aynur Camal

Yanğın oldu: Taxta ev yararsız hala düşdü

Bugün TV

Atlar atlılarını atıb qaçdılar, qan gövdəyə çıxdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu