Bugun.tv xəbər verir ki, Avstriya Elmlər Akademiyasının tarixçiləri ultrabənövşəyi şüalardan istifadə edərək 1500 ildən çox əvvəl İncilin başqa bir mətn bölməsi altında gizlədilən əvvəllər məlum olmayan fəslini tapıblar. Alimlərin araşdırmalarının nəticələri New Testament Studies jurnalında dərc olunub.
Tədqiqatçılar Matta İncilinin 1500 il əvvəl yazılmış ilk əlyazmalarından birini tədqiq ediblər. Kitab Vatikan Kitabxanasında saxlanılır.
Alimlər tərəfindən tapılan mətn 12-ci fəslin ilk variantıdır. Müəlliflərin fikrincə, kəşf Müqəddəs Kitab mətninin təkamülünün ən erkən mərhələlərini başa düşmək üçün yeni imkanlar açır və Müqəddəs Yazıların müasir tərcümələrindən bəzi fərqləri nümayiş etdirir.
Mənbə: mail.ru