Dünya

Alimlər qəhvə içməyin ömrünü uzada biləcək vaxtın adını veriblər

Bunu bilmək vacibdir. Qəhvə sağlamlığa mənfi təsir göstərə bilər, lakin səhərlər içmək ürək-damar xəstəliklərinin inkişaf riskini azalda bilər. Bunu “European Heart Journal”da dərc olunan məlumatlar sübut edir.

Aparıcı alimlərdən biri olan Lu Qinin sözlərinə görə, alimlər ilk dəfə qəhvə içməyin sağlamlığa təsirini araşdırıblar. Mütəxəssislər təhlillər zamanı 40 min insanın qidalanmasını və həyatını tədqiq edərək belə qənaətə gəliblər ki, yalnız səhərlər qəhvə içən insanlar ürək-damar xəstəliklərindən və xərçəngin inkişafından daha az əziyyət çəkirlər. Qeyd olunur ki, içkini gün ərzində içənlər arasında belə korrelyasiya müşahidə edilməyib.

Alimlər vurğulayıblar ki, işin nəticələrində mühüm amillər, o cümlədən genetika, xroniki xəstəliklər və qidalanma vərdişləri nəzərə alınıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu