Ötən əsrin 1990-cı illərində Azərbaycan estradasının parlaq simalarından biri olan müğənni, “Bəxt üzüyü” filmindəki Sevda (Seda) obrazı ilə tanınan aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.
Hələ gənc illərindən Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnıların ifaçısı olub.
Daha sonralar fəaliyyətini Amerikada davam etdirən aktrisa 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü 2” yenidən Seda roluna çəkilib.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova 2022-ci il avqustun 16-sı ABŞ-da ürək tutmasından vəfat edib.